
İqtisadi Təhlil İnstitutunun tədqiqat qruplarının əsas fəaliyyət istiqamətləri
Makroiqtisadi analiz qrupu – qrup qısa və uzun dövrdə real və monetar sektorun makroiqtisadi analizi, o cümlədən iqtisadi dalğalanmalar (real sektor və maliyyə böhranları) zamanı fiskal siyasət və monetar siyasətin effektivliyi problemləri, makro səviyyədə iqtisadi artım və iqtisadi inkişaf siyasətləri üzrə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və siyasət sənədlərinin hazırlanması ilə məşğuldur.
Qrup rəhbəri: Murad Hacıyev
Dövlət maliyyəsi qrupu – qrup dövlət maliyyəsi və onun ayrı-ayrı elementləri üzrə aktual problemlərin analizi, o cümlədən büdcə kəsri, dövlət borcu, dövlətin icmal büdcəsinin bütün komponentləri və büdcədənkənar fondlardan effektiv istifadə üzrə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və siyasət sənədlərinin hazırlanması ilə məşğuldur.
Qrup rəhbəri: Məmməd Talıblı
Biznesin inkişafı və rəqabət qrupu – qrup biznes subyektlərinin fəaliyyətinin təşkilati-idarəetmə, maliyyə, marketinq istiqamətləri, həmçinin biznesin inkişafının dövlət tənzimlənməsi sistemi üzrə aktual problemlərə dair tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və siyasət sənədlərinin hazırlanması ilə məşğuldur.
Qrup rəhbəri: Şəmsi Rzalı
Resurs iqtisadiyyatı qrupu – qrup təbii ehtiyatlara olan tələb, təbii ehtiyatların təklif səviyyəsi, resurs gəlirlərinin optimal idarə edilməsi və davamlı inkişafda təbii ehtiyatlardan effektiv istifadə üsulları üzrə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və siyasət sənədlərinin hazırlanması ilə məşğuldur.
Qrup rəhbəri: Məmməd Talıblı
Yaşıl iqtisadiyyat qrupu – qrup yaşıl iqtisadiyyata keçidin (enerji transformasiyası) beynəlxalq çərçivələri, aşağı karbon emissiyası, inklüziv inkişaf, yaşıl məşğulluq, yaşıl investisiya, yaşıl innovasiya, yaşıl artım, ekoloji iqtisadiyyat və ətraf mühitin mühafizəsi istiqamətində dövlətin tənzimləmə siyasətlərinə dair tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və siyasət sənədlərinin hazırlanması ilə məşğuldur.
Qrup rəhbəri: Şəmsi Rzalı
Ekonometrik modelləşdirmə qrupu – qrup mərkəzin daxilində fəaliyyət göstərən digər tədqiqat qruplarının tədqiqatlarında istifadə edilən modellərin ekonometrik modelləşdirilməsi ilə məşğuldur. Bu məqsədlə, ekonometrik modelləşdirmə qrupu Zaman sırası, Qeyri-xətti zaman sırası, Panel verilənlər, Maşın öyrənməsi və Dərin öyrənmə üsulları əsasında ekonometrik modelləşdirmə fəaliyyəti həyata keçirir.
Qrup rəhbəri: Nicat Qasım
Siyasi və interdisiplinar araşdırmalar qrupu – qrupun əsas tədqiqat istiqaməti iqtisadiyyatın siyasi, psixoloji, sosioloji və fəlsəfi problemlərinin tədqiqidir. Tədqiqat qrupunun əsas araşdırma mövzularına iqtisadi-siyasi ideologiyalar, azadlıq, demokratiya və siyasi institutların inkişafda rolu, siyasi iqtisadiyyat, bazarın dövlət tənzimlənməsi, dünyanın siyasi və iqtisadi nizamı, beynəlxalq münasibətlərin iqtisadi-siyasi analizi, iqtisadi davranışlardakı anomaliyalar, əhalinin həyat məmnuniyyəti, iqtisadi inkişafı ləngidən əsas institusional problemlər, kölgə iqtisadiyyatı, gender iqtisadiyyatı, yoxsulluq, sosial bərabərsizlik, sosial ədalət, etika, azad bazarın əxlaqi limitləri, müasir iqtisadiyatda din faktoru, islam iqtisadiyyatı, postmodern iqtisadiyyat, iqtisadiyyatın epistemoloji problemləri və s. daxildir.
Qrup rəhbəri: Həsən Rəhimli