“İqtisadi Təhlil İnstitutu”
İctimai Birliyinin
NİZAMNAMƏSİ
I. ÜMUMİ MÜDDƏALAR
1.1. “İqtisadi Təhlil İnstitutu” İctimai Birliyi (bundan sоnra Birlik adlandırılacaq) təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
1.2. Birliyin fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
1.3. Birlik daimi əsaslarla fəaliyyət göstərmək üçün təsis olunur.
1.4. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Kоnstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fоndlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.5. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.6. Birliyin hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Keçid 14\10, ev 4, mənzil 95.
II. BİRLİYİN MƏQSƏD və VƏZİFƏLƏRİ
2.1. Birliyin fəaliyyətinin əsas məqsədi din və demokratiyanın inkişafına nail olmaq və vətəndaşların hüquqlarının müdafəsinə yardım göstərməkdən ibarətdir.
2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- Azərbaycanın Respublikasının iqtisadi inkişaf konsepsiyasının işlənib hazırlanması;
- sosial-iqtisadi problemlərin araşdırılması sahələrində konfrans, seminar və treninqlərin təşkili;
- iqtisadi və sosial problemlərin həlli istiqamətində Azərbaycanın xarici ölkələrlə təcrübə mübadiləsinin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi;
- Avropa Birliyinin “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində həyata keçiriləcək proqramları təhlil etmək və bu istiqamətdə zəruri tövsiyyələrlə çıxış etmək;
- sosial-iqtisadi həyatın müxtəlif sahələrinə dair elmi təhlillərin aparılması və tövsiyələrin hazırlanması;
- regional və beynəlxalq iqtisadi proseslər əsasında tədqiqat və maarifləndirmə fəaliyyətini həyata keçirmək;
- Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı maarifləndirmə işlərinin aparılması və bu istiqamətdə təkliflərlə çıxış etmək;
- iqtisadiyyat elminə dair mütəxəssislərin dərslik və kitablarının tərcüməsini təşkil etmək;
- dövlətin icmal büdcəsinin bütün komponenetləri üzrə təhlillər aparmaq;
- neft gəlirlərinin idarəedilməsinə dair müxtəlif tədqiqatlar üzərində işləmək;
- beynəlxalq maliyyə qurumlarından alınan kreditlərin istifadə siyasəti ilə bağlı müxtəlif monitorinqlər təşkil etmək;
- dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşların sifarişi ilə elmi tədqiqatlar, məsləhətlər, informatik və tətbiqi işlər, audit xidmətləri həyata keçirmək;
- təhsil, elmi-tədqiqat institutları, dövlət idarəetmə orqanları və ictimai təşkilatlarla sıx əlaqələrin yaradılması;
- iqtisadiyyatın müxtəlif sahələrinə dair dövlət proqramlarının ekspertizasını aparmaq və bu sahədə müxtəlif monitorinqlər təşkil etmək;
- beynəlxalq təhsil və biznes mərkəzləri, habelə onların nümayəndəlikləri ilə əməkdaşlıq, beynəlxalq qeyri-hökumət təşkilatlarının işində iştirak etmək;
- respublikanın sosial-iqtisadi inkişafının mühüm məsəslələri ilə əlaqədar sosioloji sorğular və tədqiqatlar aparmaq, ictimai fikri öyrənmək;
- sosial-iqtisadi problemlərə həsr olunmuş elmi konfranslar, simpoziumlar və debatlar təşkil etmək;
- dünyada analoji peşəkar cəmiyyətlər və birliklər ilə əlaqə və münasibətlərin yaradılması;
- regionlarda iqtisadi və sosial stabilliyin bərqərar olmasına yardım edən proqramların həllində yaxından iştirak edilməsi və bunun üçün xüsusi proqramlar, layihələr hazırlanması;
- birliyin mənafeyinə uyğun gələn və bu nizamnamə ilə müəyyənləşdirilən digər vəzifələri həyata keçirmək.
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
- Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyələri orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
- xarici dövlətlərdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə əlaqələr qurur və onlarla birlikdə layihələr həyata keçirir;
- elmi araşdırmalar aparır, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, forumlar və sair tədbirlər keçirir.
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin qeydiyyatını aparılmasını təmin edir.
2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.
III. BİRLİYİN HÜQUQLARI
Birlik aşağıdakı hüquqlara malikdir:
3.1. Öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı kimi çıxış etmək;
3.2. Fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
3.3. Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
3.4. Müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
3.5. Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
3.6. Müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
3.7. Qanunvericiliklə qadağan edilməyən və Nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
3.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
- təsisçilərin və ya birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
- idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
- səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
- öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
- qrantlar;
- sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
- təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
- qanunvericiliklə qadağan olunmamış digər mədaxillər.
4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malkdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisçiləri 16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər. Təsisçilər Birliyin fəaliyyətində bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı hüquq və vəzifələrinin həcmi Birliyin fəaliyyətində Birliyin Nizamnaməsi ilə müəyyən edilir.
5.2. Birliyin təsisçilərinin Birliyin fəaliyyətində qarşılıqlı hüquq və vəzifələri:
5.2.1. Birliyin təsisçiləri Birliyin fəaliyyətində bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq;
- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
- Yaranmış mübahisələrin qarşılıqlı müzakirələrdə həllini tapmadıqda Məhkəməyə müraciət etmək.
5.2.2. Birliyin təsisçiləri Birliyin fəaliyyətində bərabərhüquqlu olub aşağıdakı vəzifələri daşıyırlar:
- Birliyin Nizamnaməsinə əməl etmək;
- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
- Birliyin tədbirlərində iştirak etmək.
5.3. İctimai birliyin üzvlüyinə qəbulun və ondan çıxmanının şərtləri və qaydası Nizamnamə ilə müyyən edilir.
5.4. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunur.
5.5. Birliyə üzvlərin qəbulu birliyin İdarə Heyəti tərəfindən aparılır.
5.6. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətininin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.7. Birliyin üzvləri Birliyin fəaliyyətində bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
- bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, Birliyin fəaliyyətinə nəzarət etmək;
- öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
- özünün hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək,
- Birliyin müvafiq orqanlarına (Nəzarət Təftiş Komissiyasına, İdarə Heyətinə və Ümumi Yığıncağa) etirazını bildirmək və şikayət etmək;
- Birliyin İdarə Heyətinə yazlı müraciət eməklə üzvlükdən çıxmaq;
- Birliyin üzvlüyünə xitam verilməsilə bağlı daxili qərarlardan narazı qalığı halda məhkəməyə şikayət etmək;
- “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ictimai birliyin üzvləri ictimai birliyin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqları daşıya bilərlər.
5.8. Birliyin üzvləri Birliyin fəaliyyətində bərabərhüquqlu olub aşağıdakı vəzifələri daşıyırlar:
- Birliyin Nizamnamə tələblərinə riayət etmək;
- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək.
5.9. Birliyə üzvlik haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.10. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
- Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
- Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
- Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.11. Birliyin üzvlüyünə aşağıdakı hallarda xitam verilir;
- Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
- Birliyin üzvlüyündən çıxarıldıqda.
5.12. Birliyin üzlüyündən könüllü olaraq çıxmaq qaydası Birliyin İdarə Heyətinə yazlı ərizə ilə müraciət etməklə həyata keçirlir.
5.13. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir. Üzvlükdən çıxarılma İdarə Heyəti üzvlərinin yarıdan çoxu səs verdikdə həyata keçirilir.
5.14. Birlik üzvünün həmin qərardan Birliyin Nəzarət Təftiş Komissiyasına, Birliyin Ümumi Yığıncağa və ya birbaşa məhkəməyə şikayət etmək hüququ var. Birliyin orqanlarına daxil olan şikayətə bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi araşdırma aparmaq, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda Nəzarət Təftiş Komissiyasının sədri müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa məlumat verilməlidir.
5.15. İctimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verilir.
VI. BİRLİYİN TƏŞKİLATI STRUKTURU VƏ İDARƏETMƏ ОRQANLARI
6.1. Birliyin ali idarəetmə оrqanı оnun ildə bir dəfədən az оlmayaraq çağırılan Ümumi Yığıncağıdır.
6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə yığıncağın yeri və vaxtı barədə iki həftə əvvəl məlumat verilməlidir.
6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
- Birliyin Nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklər edilməsi;
- Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
- Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
- illik hesabatın təsdiq edilməsi;
- başqa təşkilatlarda iştirak;
- Birliyin yenidən təşkili və ya ləğv edilməsi.
6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Birliyin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, həmçinin təşkilatın yenidən təşkili və ləğvi Ümumi Yığıncaq iştirakçılarının 1/3-nin və ya təsisçilərdən 1-nin təşəbbüsü ilə Ümumi Yığıncağın gündəliyinə daxil edilir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, həmçinin təşkilatın yenidən təşkili və ləğvi barədə təklif Ümumi Yığıncaqda iştirak edənlərin 2/3 səs çoxluğu ilə qəbul olunur. Nizamnaməyə əlavə və dəyişikliklər Ümumi Yığıncaqdan əvvəl təqdim olunduğu halda növbədənkənar Ümumi Yığıncaq çağırılır. Növbədənkənar Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Növbədənkənar Ümümi Yığıncağın gündəliyi növbədənkənar Ümumi Yığıncağı çağıran şəxs və ya orqanlar tərəfindən müəyyən edir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi barədə təklif verildikdən ən geci 1 ay müddətində növbədənkənar Ümumi Yığıncaq keçirilməlidir. Növbədənkənar Ümumi Yığıncağın yeri və vaxtı barədə Birliyin təsisçilərinə və üzvlərinə iki həftə əvvəl yazılı bildiriş verilir. Bildirişə növbədənkənar Ümumi Yığıncağın gündəliyi əlavə olunur. Nizamnaməyə əlavə və dəyişikliklər Ümumi Yığıncaqda qəbul olunduqda yeni Nizamnamə qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
6.7. Birliyin fəaliyyətinə carı rəhbərliyi İdarə Heyəti həyata keçirir.
6.8. İcra orqanı Birliyin sədrindən, sədrin müavinlərindən və üzvlərdən ibarət olan İdarə Heyətidir.
6.9. İdarə Heyətinin say tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyənləşdirlir.
6.10. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdır:
- Birlik üzvlüyünə qəbulu həyata keçirir və üzvlükdən azad edir;
- təkliflər və layihələr təqdim edir;
- Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
- Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
6.11. İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə İdarə Heyətinin iclasları səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.12. İdarə Heyətinin sədri, sədrin müavinləri və digər üzvləri Birliyin Ümumi yığıncağı tərəfindən 2 (iki) il müddətində seçilir.
6.13. İdarə Heyətinin sədri:
• Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir;
• Ümumi Yığıncaığın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
• Nizamnamə və Ümumi Yığıncağın qərarı ilə üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.14. Sədr müavini (və ya müavinləri):
• Birlyin sədrinin təqdimatı əsasında birliyi təmsil edir;
• Birliyin sədri müəyyən səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini həyata keçirir;
• Nizamnamə və Ümumi Yığıncağın qərarı ilə üzərinə üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
6.15. Birliyin idarəetmə orqanlarından biri Nəzarət-Təftiş Komissiyasıdır (NTK).
6.16. NTK Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.
6.17. NTK üzvlərinin sayı (tərkibi) Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nin səlahiyyət müddəti 2 (iki) ildir.
6.18. NTK üzvlərinin yarından çoxu iştirak etdikdə iclasları səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir. NTK-nın iclasları ayda bir dəfədən az olmayaraq keçrilməlidir.
6.19. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi araşdırma aparmaq, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda NTK-nin sədri müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa məlumat verilməlidir.
VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
7.1. Birliyin fəaliyyətinə, onun yenidən təşkil edilməsi (birləşmə, qоşulma, bölünmə, ayrılma, çevirilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin ləğv edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Birliyin ləğv edilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər Ləğvetmə komissiyasına keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikədən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
VIII. DİGƏR ŞƏRTLƏR
8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi Ümumi Yığıncaqda iştirak edənlərin 2/3 səs çoxluğu ilə həyata keçirilir.
8.3. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
8.4. Birliyin maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən həmin ilin dekabr ayının 31-dək, növbəti ildən isə yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövrü əhatə edir.