İdarə Heyəti

Sədr: Məmməd Talıblı

1973-cü ildə anadan olmuşdur. 2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır. 2002-ci ildən etibarən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərib. 2004-2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Monitorinq və Cənubi Qafqaz Qaz Boru Kəmərinin Audit qrupunda ekspert olaraq çalışmışdır. Bir neçə koalisiyalarda və işçi qruplarında təmsil olunmuşdur. Onlarla yerli və beynəlxalq sosial-iqtisadi layihələrdə ekspert və koordinator kimi fəaliyyət göstərmişdir. ABŞ-nin dövlət departamentində, dövlət xəzinədarlığında, konqresin büdcə ofisində, Yeni Amerika Fondunda büdcə siyasəti ilə bağlı müxtəlif görüş və təlimlərin iştirakçısı olmuşdur. Bir çox universitetlərdə (UNEC, QKU, LDU, AU, BMU, Türkiyənin Anadolu Universiteti) iqtisadiyyatın müxtəlif mövzularında mühazirələr demişdir. Xaricdə və ölkədə çoxlu sayda elmi əsərləri çap olunmuşdur. Ali məktəblər üzrə 2006-cı ilddə “Dalğa” hərəkatının keçirdiyi “Rüşvət almayan müəllimlər” müsabiqəsində yer tutaraq mükafatlandırılmışdır. 2018-ci ildə Türkiyənin Anadolu Universitetində ERASMUS proqramı çərçivəsində müəllim mübadiləsi proqramında iştirak edib və “Enerji politikası” mövzusunda mühazirələr demişdir. Bir dərsliyin həmmüəlliflərindən (“Biznesin təşkili və idarə edilməsi”, 2008) biridir. Həmçinin üç kitab (“İqtisadiyyatda insan dəyəri”, “Elm-kitab-müəllim üçbucağı”, “İqtisadi vektor və strateji seçim”) müəllifidir. Müəllifin ölkədə və xaricdə çoxlu sayda elmi məqalə və tezisləri çap olunmuşdur. Bir neçə ölkələrdə (ABŞ, Türkiyə, Gürcüstan və digər) müxtəlif iqtisadi mövzularla bağlı tədbirlərdə iştirak etmişdir. 2012-ci ildən “İqtisadi Təhlil İnstitutu” İctimai Birliyinin yaradılmasında və dövlət qeydiyyatından keçməsi üçün uzun illər ciddi təşəbbüs göstərmişdir. İnstitut yerli məhkəmə instansiyaların keçəndən sonra Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsas götürülməklə 2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. İqtisadi Təhlil İnstitutunun həmtəsisçisi və sədridir.

Sədr müavini: Həsən Rəhimli

1993-cü ildə Lənkəranda anadan olub. UNEC-i fərqlənmə diplomu ilə bitirmiş hazırda LDU-da iqtisadiyyat üzrə fəlsəfə doktorluğu proqramında doktorantura təhsili alır. Yerli və xarici universitetlərdə siyasi iqtisadiyyat, fəlsəfə və psixologiya üzrə əlavə təhsil almışdır. İqtisadi psixologiya (davranış iqtisadiyyatı) və iqtisadi fəlsəfə üzrə beynəlxalq sertifikata sahibdir. Bir neçə universitetdə (Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Universiteti, Qərb Universiteti) müəllim vəzifəsində çalışmışdır. Əsas elmi maraq dairəsinə makroiqtisadiyyat, davranış iqtisadiyyatı (iqtisadi psixologiya), institusional iqtisadiyyat, iqtisadiyyatın fəlsəfi və etik (əxlaqi) problemləri daxildir. Eyni zamanda İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin (KOBİM) “iqtisadi analiz” üzrə ekspertidir. 2017-ci ildən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında iqtisadi, fəlsəfi və psixoloji mövzular üzrə peşəkar təlimçi kimi fəaliyyət göstərir. Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun müxtəlif layihələrinin eksperti olmuşdur. Yüzlərlə elmi seminar və konfransda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap olunmuş 10-dan çox elmi məqalə və tezisin müəllifidir. İqtisadi Təhlil İnstitutunun tədqiqatçısı və sədr müavinidir.


Üzvlər

Nicat Qasım

Nicat Qasım 1988-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2006-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakultəsinin İqtisadi-Kibernetika ixtisasına qəbul edilmişdir. 2010-cu ildə bakalavr təhsilini başa vurduqdan sonra, Türkiyə Respublikasının Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda Ekonometrika ixtisası üzrə magistr pilləsinə qəbul edilmişdir. 2013-cü ildə Bayesçi Ekonometrika sahəsində apardığı tədqiqat işi ilə məzun olduqdan sonra, 2013-2016-cı illərdə Xətti və Qeyri-xətti zaman sıraları analizləri üzrə müxtəlif tədqiqat işlərində çalışmışdır. 2016-cı ildən etibarən, Doqquz Eylül Universitetinin doktorantura pilləsində zamana görə dəyişən parametrli modellər üzərində apardığı tədqiqatlara görə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bu illər ərzində ondan çox beynəlxalq elmi sempoziumlarda mütəlif ekonometrik tədqiqat məruzələri ilə çıxış etmişdir. Beynəlxalq elmi jurnallarda çap edilən bir məqaləsi vardır. Eyni zamanda, ekonometrik tədqiqatlar üzrə yazılan kitabların Türk və Azərbaycan Dilinə Tərcüməsi ilə məşğuldur. Valeri Turuxov və Fərhad Rəhmanovun müəllifi olduğu, 2014-cü ildə Türkiyədə nəşr edilən “Ekonomik ve Hukuk Değişkenlerinin Dinamik Analiz Yöntemleri” kitabının tərcüməçisidir. Wooldridge tərəfindən yazılan “A Introdoctory to Econometrics. A modern Approach” kitabının Azərbaycan dilinə tərcümə qrupunda yer almış, Dimitrios Asteriou və Stephan Hall tərəfindən yazılan “Applied Econometrics” kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Universitetdəki elmi tədqiqatları ilə yanaşı, müxtəlif özəl və dövlət xəstaxanalarına xidməti müqavilə əsasında Biostatistik tədqiqatlar üzrə təlimlər keçirir. Tədqiqatları zamanı, EViews, Stata, Minitab, SPSS, Gauss, Oxmetrics, NCSS, Gretl, R və Python kimi proqramlardan geniş şəkildə istifadə edir. Ailəlidir və bir övladı var.