Əməkdaşlar

Tədqiqatçı ekspertlər:

Neman Elyasov

1997-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Türkiyə Respublikasının Uşak Üniversitetinin İqtisadi və İdarə etmə fakultəsinin Ekonometrika ixtisasına qəbul edilmişdir. 2019-cu ildə bakalavr pilləsində təhsilini başa vuraraq, eyni ildə Kütahya Dumlupınar Üniversitetin Ali Təhsil İnstitutunda Ekonometrika ixtisası üzrə magistr pilləsinə qəbul edilmişdir. Magistr təhsili illərində 2021-ci ildə Xorvatiya Respublikasının Dubrovnik Üniversitetində Erasmus+ mübadilə proqramı ilə təhsil almışdır. 2022-ci ildə magistr təhsilini Dos. Tonci Svilokos və Prof. Mahmut Zortuğun elmi rəhbərliyi altında bitirmişdir. 2022-ci ildən etibarən Türkiyə Respublikasının Kütahya Dumlupınar Üniversitetində İqtisadiyyat üzrə Doktorantura pilləsində təhsilini davam etdirir. Türkiyə Respublikasında 2019-cu ildən etibarən yerli və xarici tələbələrə onlayn tətbiqi ekonometrika ve statistika üzrə təlimlər keçirir. Bəzi tətbiqi işlərini nemaneylasov.com şəxsi saytında paylaşır. İki elmi konferansda iştirak etmişdir. Elmi kitab hissəsinin tərcüməsini etmiş və iki elmi məqaləninin həmmüəlifidir. Ana dilindən başqa Türk, İngilis və Xorvat dillərini bilir. STATA, EViews, R, Python, SPSS, WinRATS proqramlarında işləməyi bacarır. Subaydır.

Mütəxəssislər:

PR və media departamenti:

Maliyyə departamenti:

İT departamenti:

Tərcümə mərkəzi:

Nailə Zeynalova

1991-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Xəzər universitetinə daxil olub. 2014-cü ildə həmin universitetin tərcümə (ingilis dili) ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Artıq universitetin 4-cü kursunda təhsil alarkən iqtisadiyyata aid məqalələri tərcümə edib. “Liderlik”, “İnsan haqları” mövzusunda olan birçox təlimlərdə iştirak edib. Öz ixtisası üzrə birçox şirkətlərdə fəaliyyət göstərib. Hal-hazırda isə sərbəst tərcüməçi kimi fərqli şirkətlərlə əməkdaşlıq edir.